Xəzər Xəbər

Ekspert enerji resursları ilə bağlı qorxulu proqnozu şərh etdi: 2030-cu ildə...

İqtisadiyyat | 14:40 • 22 Mart 2021
Ekspert enerji resursları ilə bağlı qorxulu proqnozu şərh etdi: 2030-cu ildə...
Yer kürəsinin yeraltı enerji resursları 50 ilə tam tükənəcək. Mətbuatın yazdığına görə, belə bir qənaətə Çinin Texnologiya Universitetinin prezidenti Syue Sikun gəlib. 
 
Görəsən, həqiqətənmi, neft və qaz erasının bitməsinə yarım əsrlik zaman qalıb? 
 
Məsələ barədə danışan neft məsələləri üzrə ekspert İlham Şaban bu sayaq açıqlamalardan məyus olmamağı tövsiyyə etdi: 
 
"Enerji resurslarının riyazi olaraq həcmini və cari ildə olan istehlakı götürüb, onun üstünə dünyanın inkişaf tempini gəlməklə neft və qaz mənblərinin nə zaman tükənəcəyi barədə belə qənaətə gəlirlər.  Ancaq real olaraq heç kəs həmin resurslardan nə qədər istifadə ediləcəyini deyə bilməz.  Bp-nin açıqlamasına görə indi kəşf edilən neftin 2050-ci ildə yalnız 50 faizi çıxarılacaq. Qalan yarısı isə hələki yerin altında qalmaqda davam edəcək. Ona görə də bu sayaq açıqlamalardan məyus olmağa dəyməz”. 
 
Həmsöhbətimiz bildirdi ki,  gələcəkdə yeraltı enerji resurslarının yerini hidrogen enerjisi tutacaq:
 
"Artıq Avropa Birliyi 2021-2030-cu illərdə hidrogen enerjisinin öz ərazisində təşviqi, inkişaf etdirilməsinə 65 milyard avro pul ayıracaq. 2030-2040-cı illərdə isə hidrogen enerjisinin sənaye və məişətdə tətbiqinin genişləndirilməsi nəzərdə tutulub ki, 2050-ci ildən sıfır emmisiyalı karbon tullantılarına nail olsunlar.  Hidrogen enerjisi isə planetimizdə böyük ehtiyatlara malik resursdur. Həm havada, həm suda, həm də təbii qazda var.  Onun alınması hansı müstəvidə kommersiya baxımdan daha sərfəli olacaqsa, ondan da istifadə edəcəklər”./ Sfera.az

Xəbər lenti