Xəzər Xəbər

Dünyanın maraqla gözlədiyi dollarla bağlı VACİB QƏRAR açıqlandı

İqtisadiyyat | 10:18 • 30 Yanvar 2020
Dünyanın maraqla gözlədiyi dollarla bağlı

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsi barədə qərarını açıqlayıb.

XəzərXəbər xəbər verir ki, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 1,5-1,75% səviyyəsində yəni sabit saxlayıb. Məlumata görə, toplantı 1 gün davam edib. Bildirilib ki, iqtisadiyyatın ciddi təzyiqə məruz qalmadığı və ölkədə iqtisadi sabitlik nəzərə alınaraq belə qərar qəbul olunub.

Qeyd edək ki, Çində baş verən virus pandemiyasından sonra ticarətdə bəzi problemlərin yaşandığı deyilir. Bu üzdən FED-in dolların uçot dərəcəsində dəyişiklik edə biləcəyi iddia edilirdi.

Xəbər lenti