Xəzər Xəbər

Yanğından zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb

İqtisadiyyat | 16:49 • 4 Aprel 2019
Yanğından zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, aprelin 4-dən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini agentliyə təqdim etmələri xahiş olunur.

Sahibkarlar vahid ərizə formasını buradan və ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən əldə edə bilərlər.

Xəbər lenti