Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən verilən məlumata əsasən, hərraca çıxarılan notların həcmi 250
milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28
gündür. Notlar martın 21-də ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac
zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə
qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi
Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında
fəaliyyət göstərən yerli banklar ola bilər.