Xəzər Xəbər

Dembele artıq "Barselona"nın futbolçusu deyil

İdman | 14:37 • 2 İyul 2022
Dembele artıq "Barselona"nın futbolçusu deyil

"Barselona"nın vingeri Usman Dembele bugündən azad agent statusu daşıyır. 

Müqaviləsi qüvvədə olduğu vaxt kataloniyalılarla razılığa gələ bilməyən fransız futbolçunun gələcəyi qeyri-müəyyəndir.

İspaniyanın "Sport.es" portalı iddia edib ki, tərəflər yeni müqavilə ilə bağlı danışıqları davam etdirir. Ancaq Usmanla kataloniyalılar klubu razılığa gəlsələr belə, klub Dembeleni La Liqa üçün qeydiyyatdan keçirərkən çətinliklə üzləşəcəklər. Yəni yeni anlaşma müqavilənin müddətinin uzadılması kimi yox, transfer kimi qəbul olunacaq. Bu, liqa qaydalarına görə onun qeydiyyatını çətinləşdirə bilər.

Dembele daha əvvəl "Çelsi"yə mümkün keçid xəbərlərini təkzib edib./Fanat.Az 

Xəbər lenti