Xəzər Xəbər

Məşhur futbolçunun evi qarət olunub

Cinayətkarlar evin bağından içəri daxil olublar
İdman | 09:16 • 24 Yanvar 2022
Məşhur futbolçunun evi qarət olunub

“Real”ın futbolçusu Kərim Benzemanın evi qarət olunub. 

Xezerxeber.az-ın məlumatına görə, fransalı hücumçunun “Real”ın “Elçe” ilə oynadığı vaxt oğrular onun evinə giriblər.

Cinayətkarlar evin bağından içəri daxil olublar. Hadisə zamanı orada heç kim olmayıb. Oğruların evdən nə apardığı açıqlanmır.

Qeyd edək ki, “Elçe” ilə 2:2 hesabı ilə başa çatan matçda penaltini qaçıran Kərim 58-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.

Xəbər lenti