Xəzər Xəbər

Zidan seçimini etdi

İdman | 10:10 • 21 Noyabr 2021
Zidan seçimini etdi

“Mançester Yunayted” Zinəddin Zidanı komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi planlaşdırsa da, mütəxəssis bundan imtina edib.

XəzərXəbər xəbər verir ki, bu məlumatı futbol insayderi Kristian Falk tvitter səhifəsində yazıb. Tanınmış jurnalistin sözlərinə görə, Zidan “Mançester Yunayted”in direktorlar şurasına Premyer Liqada işləməyə hazır olmadığını və yaya qədər işinə fasilə vermək istədiyini bildirib.

Xatırladaq ki, 49 yaşlı mütəxəssisin sonuncu iş yeri İspaniyanın "Real Madrid" klubu olub.

Xəbər lenti