Xəzər Xəbər

Türkiyə milli komandasının yeni baş məşqçisi məlum olub

İdman | 17:40 • 19 Sentyabr 2021
Türkiyə milli komandasının yeni baş məşqçisi məlum olub

Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi məlum olub.

Xezerxeber.az-ın yerli mediaya istinadən məlumatına görə, Türkiyə Futbol Federasiyası Stefan Kuntzun milli komandanın baş məşqçisi təyin edildiyini açıqlayıb.
Almaniyalı baş məşqçi sabah mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bundan öncə dünya çempionatının seçmə oyunları çərçivəsində qrupda Niderlanda görüşdə 1:6 hesablı məğlubiyyətdən sonra Şenol Günəş Türkiyə millisinin baş məşqçisi postundan istefa verib.

Xəbər lenti