Xəzər Xəbər

Səfər qolu qaydası ləğv olunur

İdman | 17:50 • 14 Aprel 2021
Səfər qolu qaydası ləğv olunur

UEFA avrokubokların pley-off mərhələlərində səfər qolu qaydasını qismən ləğv etmək niyyətindədir.

Uzun illərdir müzakirə olunan bu qayda əlavə vaxtda keçərli hesab edilməyəcək.

Yalnız matçın 90 dəqiqəsindəki səfər qolları üstünlük verəcək. Bu yenilik aprelin 16-da keçiriləcək UEFA-nın Yarışlar Komitəsinin iclasında təsdiqlənməli olan Əsasnamədə yer alıb. 

Qaydalar təsdiqlənsə, yenilik növbəti mövsümdən qüvvəyə minəcək. Əgər bu baş versə, əlavə vaxtda komandalar eyni sayda qol vursalar da, penaltilər seriyasına ehtiyac duyulacaq.

Qeyd edək ki, avrokuboklarda səfər qolu qaydası 1965/66 mövsümündən tətbiq olunur./Apasport.az

Xəbər lenti