Xəzər Xəbər

"Barselona" Aquero ilə danışıqlara başladı

İdman | 17:27 • 14 Aprel 2021
"Barselona" Aquero ilə danışıqlara başladı

İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə "Mançester Siti"sində çıxış edən Serxio Aqueronun agenti ilə danışıqlara başlayıb.

"Sky Sports" xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun keçidinə mümkün variantlardan biri kimi baxır.

"Şəhərlilər" argentinalı oyunçunun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Razılıq əldə olunarsa, Aquero "Barselona"ya azad agent kimi keçəcək.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir./report

Xəbər lenti