Xəzər Xəbər

Pepe Azərbaycan millisinə qarşı oynamayacaq

İdman | 16:42 • 22 Mart 2021
Pepe Azərbaycan millisinə qarşı oynamayacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycanla qarşılaşacaq Portuqaliya yığmasında daha bir dəyişiklik edilib.

Millinin müdafiəçisi Pepe zədəli olduğu üçün millinin heyətindən çıxarılıb.

38 yaşlı müdafiəçi “Portu”nun heyətində Premyer Liqada “Portimonense”yə qarşı keçirdikləri oyunda zədələnib. Onun əvəzinə milliyə “Sportinq”dən Netu dəvət olunub.

Portuqaliya millisi martın 24-də, İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda Azərbaycanla qarşılaşacaq.

Portuqaliya yığmasında bundan əvvəl qapıçı Rui Patrisiu heyətdən çıxarılmışdı.

Xəbər lenti