Xəzər Xəbər

Ronaldo İtaliyaya təcili yardım maşını ilə getdi

İdman | 17:35 • 14 Oktyabr 2020
Ronaldo İtaliyaya təcili yardım maşını ilə getdi

Koronavirusa yoluxan "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo Portuqaliyadan İtaliyaya uçub.


"Tuttomercato" nəşri xəbər verir ki, 35 yaşlı hücumçu şəxsi təyyarə ilə Turinə yollanıb. Təcrübəli forvard koronavirusa qarşı profilaktik tədbirlərə riayət etmək üçün təyyarəyə təcili yardım maşını ilə gedib.


Qeyd edək ki, Kriştiano Ronaldo koronavirusa ötən gün yoluxub. Ronaldo A Seriyasının növbəti turunda "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə görüşdə iştirak edə bilməyəcək. Turin təmsilçisi oktyabrın 28-də Çempionlar Liqasının II tur matçında İspaniya "Barselona"sı (28 oktyabr) ilə üz-üzə gələcək.

Xəbər lenti