Xəzər Xəbər

"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu

İdman | 19:40 • 14 Oktyabr 2020
"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliyanın "Yuventus" klubunun futbolçusu Ueston Makkennidə koronavirus aşkarlanıb.


Turin təmsilçisinin rəsmi saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələndiyi üçün bütün komanda karantinə alınıb.


Daha əvvəl "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub.


Qeyd edək ki, müqavilə ilə Almaniya "Şalke"sinə məxsus olan Ueston Makkenni icarə əsasında "Yuventus"da çıxış edir.

Xəbər lenti