Xəzər Xəbər

"Latsio" Muriki transferini açıqladı

İdman | 15:08 • 16 Sentyabr 2020
"Latsio" Muriki transferini açıqladı

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.


 


XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 20 milyon avrosundan keçib.


 


Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq.


 


"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər lenti