Xəzər Xəbər

"Real" daha bir dünya ulduzunu transfer edir

İdman | 15:45 • 17 Dekabr 2019
"Real" daha bir dünya ulduzunu transfer edir

Fransa millisinin heyətində son dünya çempionatının qalibi olan Nqolo Kante klubunu dəyişir.


28 yaşlı fransalı yarımmüdafiəçi "Çelsi"ni tərk edəcək. Məlumata görə, Kantenin oynamaq istədiyi yeganə klub "Real"dı.


Bildirilir ki, fransalı futbolçunun "Kral Klubu"nun baş məşqçisi, həmyerlisi Zinəddin Zidanla yaxşı münasibətləri var. Yarımmüdafiə xəttinini gücləndirmək istəyən fransalı mütəxəssis də həmyerlisini transfer etmək istəyir. Hətta "Real"ın prezidenti də Florentino Peresin də transferə razılıq verdiyi deyilir. İddiaya görə, Madrid klubu Kante üçün "Çelsi"yə 100 milyon avro ödəyəcək.


Bu arada fransalı futbolçunu "Yuventus" və "Bavariya"nın da istədiyi deyilir. Lakin "Çelsi" ilə 2023-cü ilin yayınadək müqaviləsi olan 28 yaşlı yarımmüdafiəçi "Real"da oynamaq niyyətindədi.


Qeyd edək ki, Kante 2016-cı ilin yayında "Lester"dən "Çelsi"yə 35,8 milyon avroya transfer olunub. O, indiyədək London klubunun heyətində keçirdiyi 156 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt"ın 100 milyon avro qiymət qoyduğu fransalı futbolçu cari mövsümdə oynadığı 11 matçda 3 dəfə fərqlənib.


Fanat.Az

Xəbər lenti