Xəzər Xəbər

İlkay Gündoğan “Mançester Siti”dən ayrıla bilər

İdman | 17:17 • 16 Aprel 2019
İlkay Gündoğan “Mançester Siti”dən ayrıla bilər

İngiltərənin "Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi İlkay Gündoğan yay transfer pəncərəsində komandadan ayrıla bilər.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 28 yaşlı türk əsilli almaniyalı yarımmüdafiəçi bir müddət əvvəl klubla müqaviləni yeniləməyəcəyini bildirib. Bu səbəbdən klub rəhbərliyi futbolçunu satmağı planlaşdırır. Komanda Gündoğanı ən azı 30 milyon avroya satmağı düşünür.


Qeyd edək ki, yarımmüdafiəçi 2016-cı ildə "Borussiya Dortmund” klubundan Mançester təmsilçisinə transfer olunub. O, cari mövsümdə "Mançester Siti”nin heyətində keçirdiyi 41 oyunda 5 dəfə fərqlənib.

Xəbər lenti

Çox oxunanlar