Xəzər Xəbər

“Barselona”nın baş məşqçisi: “Biz onlardan qorxmuruq”

İdman | 15:47 • 16 Aprel 2019
“Barselona”nın baş məşqçisi: “Biz onlardan qorxmuruq”

Çemponlar Liqasında "Mançester Yunayted”i ilk oyunda 1-0 hesabı ilə məğlub edən "Barselona”da baş məşqçi Ernesto Valverde revanş qarşılaşması öncəsində açıqlamalarverib.

Valverde belə deyib: "Çempionlar Liqasında son 4 rəqib meydanındakı oyunlarının 3-nü qazandılar. ”Yuventus” və "PSJ”yə son dəqiqələrdə qalib gəldilər, yəni çətin rəqiblə oynayacağımızı bilirik. Meydanda iki yaxşı komanda olacaq, amma biz onlardan qorxmuruq, sadəcə bizdə böyük bir həyəcan var”.

Lionel Messinin 2013-cü ildən bəri 1/4 final oyunlarında qol vura bilməməsi haqqında da qisa danışan Valverde belə deyib: "Statistikalar gələcəklə bağlı deyil, keçmiş haqqında məlumat verir və bu hamıya aiddir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti