Xəzər Xəbər

"Yuventus" Dibalanı satmağa razıdı

İdman | 12:55 • 9 Yanvar 2019
"Yuventus" Dibalanı satmağa razıdı

"Yuventus” Paulo Dibalanı "Mançester Siti”yə satmağa hazırdı.

"Tuttosport” xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı yarımmüdafiəçini 90 milyon funt-sterlinqdən az məbləğə satmayacaq. İngiltərə təmsilçisinin 2015-ci ildən "Yuve”nin uğurları üçün tər tökən Dibalaya görə bu məbləği verib-verməyəcəyi isə bilinmir.

Argentinalı yarımmüdafiəçi cari mövsüm A seriyasında 17 oyuna çıxaraq 2 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Xəbər lenti