Xəzər Xəbər

"Real"ın yeni transferi "Barselona" azarkeşi çıxdı

İdman | 12:59 • 9 Yanvar 2019
"Real"ın yeni transferi "Barselona" azarkeşi çıxdı

"Real"ın yenicə heyətin qatdığı Brahim Dias "Barselona" azarkeşi imiş.


"Mançester Siti"dən transfer olunan 19 yaşlı futbolçunun "Kral Klubu"nun əzəli rəqibinə azarkeşlik etdiyi məlum olub.


O, "Sevilya"nın akademiyasında çıxış edərkən verdiyi müsahibəsində bunu etiraf edib. Aparıcının "Hansı klub daha yaxşıdır: "Real", yoxsa "Barselona"? sualına Diaz "Barselona" cavabını verib. O, həmçinin kumirin Lionel Messi olduğunu da bildirib.


Qeyd edək ki, "Real" 15 milyon avroya aldığı Diasla 6 illik müqavilə bağlayıb. Futbolçu təqdimat mərasimində "Kral Klubu"nun loqosunu öpərək, bu komandaya keçməklə uşaqlıq arzusunun yerinə yetdiyini bildirib.


Fanat.Az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024