Xəzər Xəbər

"Beşiktaş"da iki futbolçu üçün mövsüm erkən bitdi

İdman | 17:13 • 30 Aprel 2018
"Beşiktaş"da iki futbolçu üçün mövsüm erkən bitdi

Dünən İstanbul derbisində "Qalatasaray"a 0:2 hesabı ilə yenilən "Beşiktaş" ciddi itkilərlə üzləşib.


 "Qara Qartallar" iki aparıcı futbolçunun xidmətindən məhrum olub.


Matçın gedişində zədə alaraq əvəzlənən Pepenin ən azı iki həftə yaşhıl meydanlardan kənarda qalacağı məlum olub. Son turda da risk edib oynadılmayacaq portuqaliyalı futbolçu üçün mövsüm erkən bitib.


"Qalatasaray"la matçda zədələnən digər futbolçu Alvaro Neqredo üçün də mövsüm artıq başa çatıb.

Xəbər lenti

Çox oxunanlar