Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli müəyyənləşib.
Tura Gəncədə I Diviziona düşəcəyi rəsmiləşən "Kəpəz" və bürünc medal uğrunda mübarizə aparan "Sumqayıt" komandaları arasındakı görüşlə start veriləcək. Son matç isə çempion "Qarabağ"la avrokuboklara can atan daha bir klub "Neftçi" arasında olacaq.
4 may (cümə)
16:00. "Kəpəz” – "Sumqayıt”
Gəncə şəhər stadionu
5 may (şənbə)
17:00. "Səbail” – "Zirə”
"Bayıl Arena”
19:00. "Qəbələ” – "Keşlə”
Qəbələ şəhər stadionu
6 may (bazar)
19:00. "Qarabağ” – "Neftçi”
"Azersun Arena”