Xəzər Xəbər

Almeyda millidə ilk qolunu vurdu

İdman | 09:20 • 28 Mart 2018
Almeyda millidə ilk qolunu vurdu

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan millisində ilk qolunu vurub.

Milliləşdirilən braziliyalı yarımmüdafiəçiMakedoniya ilə keçirilən yoldaşlıq oyununda fərqlənib.

Antalyadakı "Mardan” stadionunda keçirilən matçın 6-cı dəqiqəsində rəqib qapısına yol tapan Almeyda penaltidən hesabı açıb. Riçard yığmamızın tarixində qol vuran 57-ci oyunçudu. Bu görüşə qədər 56 futbolçumuz rəqib qapısına yol tapıb. Daha 4 dəfə rəqib oyunçular avtoqol müəllifi olublar.

Qeyd edək ki, 2011-ci ildən "Qarabağ”da çıxış edən 29 yaşlı futbolçu ötən il millimizə cəlb olunub. O, komandamızın heyətində keçirdiyi 8-ci oyununda ilk qol sevinci yaşayıb.

Xəbər lenti