Xəzər Xəbər

"Barselona"da Messi qorxusu: komandadan gedə bilər

İdman | 17:07 • 9 Mart 2018
"Barselona"da Messi qorxusu:

Ötən yay 222 milyon avro ödəyərək Neymarı heyətinə qatan PSJ "Barselona"nı qorxuya salıb. Braziliyalı futbolçuya qədər dünyanın ən bahalı transferi Paul Poqba idi ki, fransalı ulduz "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçmişdi.


"Barselona" ötən ilin sonlarında yeni müqavilə imzaladığı Lionel Messiyə görə narahatdı. Argentinalının müqaviləsindəki sərbəst qalma maddəsi 700 milyon avrodu. Amma bu klub rəhbərliyini narahat edir.


"Barselona"nın maliyyə direktoru Panço Şkroder "Sky Sports"a açıqlamasında narahat olduqlarını etiraf edib: "Müəyyənləşdirdiyimiz sərbəst qalma qiyməti bizim fikrimizcə, Messinin karyerasını "Barselona"da bitirməsi üçün yetərli olacaq. Amma bir il öncə Neymarla bağlı da eyni şeyi düşünürdük və yetərli olmadı. Messi üçün 700 milyon avronun ödənilməsi çətin görünür, amma bu sektorda işlər bir günün içində dəyinə bilər".


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar