Xəzər Xəbər

Messi üçüncü dəfə oğul atası oldu

İdman | 17:22 • 10 Mart 2018
Messi üçüncü dəfə oğul atası oldu

İspaniyanın "Barselona” klubunun hücumçusu Lionel Messi La-Liqanın 28-ci turu çərçivəsində "Malaqaya” qarşı matçda meydana çıxa bilməyəcək. Buna səbəb futbolçunun övladının dünyaya gəlməsidir.

"Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Messinin həyat yoldaşı Antonella gecə saatlarında oğlan uşağı dünyaya gətirib. Cütlük körpəyə Çiro adını verib.

Qeyd edək ki, Messinin Tyaqo (4 yaş) və Mateo (1 yaş) adlı daha iki oğlu var.

Xəbər lenti