Xəzər Xəbər

Butsılarını ağacdan asdı: "Vidalaşmaq zamanıdır"

İdman | 15:19 • 24 Yanvar 2018
Butsılarını ağacdan asdı:

İspaniya yığmasının sabiq üzvü Albert Riera futbolçu karyerasına nöqtə qoyub.

Sosial şəbəkə hesabında butsılarını ağacdan asaraq paylaşım edən 35 yaşlı futbolçu vidalaşmaq zamanının gəldiyini qeyd edib:

"Artıq futbolçu karyeramı bitirməyin zamanıdır. 2001-ci ildən bu yana məni dəstəkləyən klublarıma və azarkeşlərə təşəkkür edirəm. Birgə keçirdiyimiz 17 il üçün qürur duyuram və hər kəsə minnətdaram. Karyeramda yeni addım üçün səbirsizəm".

Qeyd edək ki, 2007-2009-cu illərdə İspaniya yığmasında forma geyən sol cinah müdafiəçisi və vingeri bu müddət ərzində 16 oyun keçirib və 4 qol vurub. Riera İspaniyanın "Malyorka" klubunun yetirməsidir. O, "Bordo", "Espanyol", "Mançester Siti", "Liverpul", "Olimpiakos", "Qalatasaray" və "Uotford" kimi klublarda çıxış edib. Onun son klubu Sloveniyanın "Koper" komandası olub.

Xəbər lenti