"Lester Siti"nin nigeriyalı hücumçusu Ahmed Musa karyerasını Rusiyada davam etdirəcək.
Bu barədə Nigeriya milli komandasının baş məşqçisi Qernot Rohr açıqlama verib. Alman mütəxəssis bildirib ki, yığmanın hücumçusu ÇSKA-ya keçəcək. 64 yaşlı mütəxəssis yerli mətbuata bu barədə açıqlamasında deyib:
"Sizə yaxşı bir xəbərim var. Musa Rusiyaya dönür. Onu ÇSKA-da çox sevirlər. Ahmed özünü Rusiyada yaxşı hiss edir. Bu, onun üçün yaxşı başlanğıcdır və uğurlu olacağına inanıram".
25 yaşlı futbolçu 2012-2016-cı illərdə ÇSKA-da çıxış edib və 125 oyuna 42 qol vurub. 2016-cı ildə Nigeriya millisinin üzvü 16 milyon avro qarşılığında "Lester Siti"yə transfer olmuşdu.