"Qələbə qazanacağımız halda biz
Çempionlar Liqasında 1/8 finala çıxacağıq. Ona görə də "Qarabağ”la matç
indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq”.
Bunu "Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.
"İndi bizim başqa problemimiz var. "Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə "Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”, - deyə Konte bildirib.