"Mançester Siti"nin heyətində ciddi itki baş verib.
"Şəhərlilər"in aparıcı futbolçularından olan Con Stonz sıradan çıxıb. Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində "Lester"lə oyunun(2:0) 28-ci dəqiqəsində zədələnən 23 yaşlı müdafiəçinin durumu ciddidi. İlkin müayinədən sonra onun ən azı 6 həftə oynamayacağı müəyyənləşib. Bu isə İngiltərə millisinin üzvü üçün 2017-ci ilin başa çatması deməkdi.
Qarşılaşmadan sonra "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gənc müdafiəçinin durumu haqda danışıb:
"Həm Stonz, həm də bizim üçün çox şanssız bir durumdu. Çox sayda mərkəz müdafiəçisinə sahib deyilik. Amma buna baxmayaraq, yenə də komanda ruhu ilə bir həll yolu tapacağımıza əminəm".