Xəzər Xəbər

Messidən qəribə hərəkət: corabından çıxardı…

İdman | 13:17 • 19 Oktyabr 2017
Messidən qəribə hərəkət:

"Barselona” klubunun ulduzu Lionel Messi 100-cü qolunu atdığı matçda qolundan daha çox etdiyi hərəkətlə gündəm olub.

Dünən "Olimpiakos” komandasını qonaq edən "Barselona” rəqibini 3-1 hesabı ilə məğlub edib.

Tarixi matçda 100-cü qolunu atan L.Messi corabından bir şey çıxararaq ağzına qoyub və çeynəməyə başlayıb. Ulduzun bu hərəkəti kameralardan yayınmayıb. Bu barədə xəbər yazan Kataloniya mediası Messinin hərəkətinə aydınlıq gətirərək onun dərman olduğunu bildirib.

L.Messi matç öncəsi və sonra ürəkbulanmasını basdırmaq üçün qlükoza tabletindən istifadə edir.

Xəbər lenti