Klubların UEFA reytinqi açıqlanıb.
XəzərXəbər-in məlumatına görə, qrup mərhələsinin III turunda keçirilən 16 oyundan sonra siyahıda bəzi dəyişikliklər olub.
Belə ki, təmsilçimiz "Qarabağ" İspaniyanın "Atletiko” klubu ilə heç-heçə edəndən sonra aktivinə daha 1 xal yazdırıb. Ümumi xalı 19,500 olan Ağdam təmsilçisi 4 pillə irəliləyib.
Hazırda Avropada 66-cı olan "Qarabağ"
"Feyenoord”la eyni yeri bölüşdürür. İtaliyanın "Milan" klubundan bir
pillə geri qalan təmsilçimiz, "Betis” və "Real Sosyedad” kimi klubları
qabaqlayır.
Siyahıya İspaniya "Real”ı başçılıq edir.