Xəzər Xəbər

Hoteldə yanğın söndürülüb

Hadisə | 22:42 • 29 Sentyabr 2022
Hoteldə yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən xezerxebe.az-a bildirilib ki, nazirliyin yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.
Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti