Xəzər Xəbər

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Hadisə | 16:33 • 1 Avqust 2022
Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə XəzərXəbər-ə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək 798 940 nəfər koronavirusa yoluxub. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 406 nəfərdir.

Ölkədə son sutka ərzində 2 128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.

Xəbər lenti