Xəzər Xəbər

Toyda bıçaqlanan Natiq Dağlaroğlunun oğlu: Bıçaq atamın qaraciyərini, digər orqanlarını deşib...

Hadisə | 3,440 | 10:18 • 2 İyul 2022
Toyda bıçaqlanan Natiq Dağlaroğlunun oğlu: Bıçaq atamın qaraciyərini, digər orqanlarını deşib...

Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlundan xəbər var.

XəzərXəbər xəbər verir ki, zərərçəkənin oğlu Məhəmməd atasına olan hücumla bağlı Milli.Az-a danışıb:

"Elə gecə toydan çıxdıq, toy qurtarmışdı, heç kim yox idi. Biri gəldi nəsə təhqiramiz söz dedi, atam dedi ki, "Cavansınız, gedin işinizlə məşğul olun. Ayıbdır axı, adam böyüklə belə danışmaz".

Bu məqamda bir nəfər böyürdən çıxdı, mən də bizim ansamblla bir yerdə atamın yanındayam. Yaxınlaşıb dedi "Deşərəm". Mən dedim "Sən kimi deşirsən, nə danışırsan sən? Bir az mədəniyyətin olsun". Heç demədim ki, dədəmdir. Elə ondan sonra hücum etdi, yumruq atdı mənə, bu məqamda əlbəyaxa olduq. Sonra ürəyimə bıçaqla zərbə endirmək istədi, mənə dəymədi. 

Atamı isə 5-6 dəfə bıçaqla vurdu. Zərbənin iki-üçü belindən dəydi, qaraciyərini, digər orqanlarını deşib. Atam gecə 4 saat əməliyyatda olub. 1 saat, saat yarım olar ki, əməliyyatdan çıxıb. İndi atamı reanimasiyaya yerləşdiriblər. Həkimlər atamın səhhətinin orta-ağır olduğunu deyirlər.

Qeyd edək ki, Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Hadisə bir neçə saat öncə "Altun" restoranında baş verib. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
236 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti