Xəzər Xəbər

Bakıda məşhur qiraətçini toyda bıçaqladılar - Reanimasiyada vəziyyəti ağırdır

Hadisə | 09:08 • 2 İyul 2022
Bakıda məşhur qiraətçini toyda bıçaqladılar - Reanimasiyada vəziyyəti ağırdır

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mikayıl Əliyev 9b ünvanında yerləşən "Altun" şadlıq sarayında qeydə alınıb.

Şadlıq sarayında məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb.

Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır.

O, bel nahiyəsindən bıçaqlanıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində yaralanan atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti