Xəzər Xəbər

Göyçay rayonunda bədbəxt hadisə: 16 yaşlı oğlanın meyiti tapıldı

Arxda boğulan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
Hadisə | 10:22 • 30 İyun 2022
Göyçay rayonunda bədbəxt hadisə: 16 yaşlı oğlanın meyiti tapıldı

Göyçay rayonunun Bığır kəndində suda boğulan yeniyetmənin meyiti tapılıb.

XəzərXəbər Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini 16 yaşlı Əlibala Qurbanov Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Dostları yeniyetməni xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Əraziyə gələn polis əməkdaşları yeniyetmənin cəsədini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti