Xəzər Xəbər

DİN Ağdamda mina partlayışında həlak olan şəxslə bağlı məlumat yayıb

Hadisə | 10:36 • 17 İyun 2021
DİN Ağdamda mina partlayışında həlak olan şəxslə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb.

İlkin ehtimallara görə C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən ediib.

Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.

Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.

Xəbər lenti