Xəzər Xəbər

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bir gündə 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Hadisə | 16:44 • 11 May 2021
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 327 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4713 nəfər vəfat edib, aktiv xəstə sayı 14 571nəfərdir.

Xəbər lenti