Xəzər Xəbər

Bakıda yanğında 12 ağac məhv oldu

Hadisə | 10:02 • 5 May 2021
Bakıda yanğında 12 ağac məhv oldu

Bakı şəhərinin Binəqədi rayonunda 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

Bu barədə XəzərXəbər-ə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib.

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti