Xəzər Xəbər

Azərbaycanda qadın ərini bellə döyüb xəstəxanalıq etdi

Hadisə | 08:57 • 5 May 2021
Azərbaycanda qadın ərini bellə döyüb xəstəxanalıq etdi

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

XəzərXəbər “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar