Xəzər Xəbər

Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır

Hadisə | 14:48 • 13 Aprel 2021
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır

İşğaldan azad olunan ərazilərə icazəsiz keçmək istəyən şəxslərin qarşısı alınır.

Ağdam rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları Quzanlı qəsəbəsinin küçə və prospektlərinin kənarında dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb.

Ağdam rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Allahverdi Allahverdiyev Trend-ə açıqlamasında bildirib ki, dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri və piyadalar barəsində inzibati protokollar tərtib olunub, cərimələr yazılıb.

A.Allahverdiyev onu da bildirib ki, rayon polis şöbəsinin əməkdaşları bəzi şəxslərin işğaldan azad olunan ərazilərə icazəsiz keçmələrinin də qarşısını alır./trend

Xəbər lenti