Xəzər Xəbər

Rəmiş dəfn edildi

Hadisə | 13:43 • 6 Aprel 2021
Rəmiş dəfn edildi

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş)  dəfn edilib.

XəzərXəbər xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında  torpağa tapşırılıb.

***

Ötən gün vəfat edən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır.

Mərhumun cənazəsi 1 saylı Kliniki Tibbi Mərkəzdən götürülərək dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

Rəmişlə ayrıca vida mərasimi keçirilməyəcək. Mərhumun ailə üzvləri, sənət dostları xəstəxananın qarşısına toplanıb. Xalq artistinin cənazə namazı xəstəxananın həyətində qılınıb.

Xəbər lenti