Xəzər Xəbər

Azərbaycan tərəfindən 3 minə yaxın insan minaya düşüb, onlardan 525 nəfəri həlak olub

Hadisə | 12:40 • 25 Mart 2021
Azərbaycan tərəfindən 3 minə yaxın insan minaya düşüb, onlardan 525 nəfəri həlak olub

"İkinci Qarabağ müharibəsinə qədər Ermənistan hökumətinin məlumatlarına görə, onlardan 636 nəfər minaya düşüb".

Xezerxeber.az-ın məlumatına görə, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov deyib.

Onun sözlərinə görə, bu dövrdə Azərbaycan tərəfindən minaya düşənlərin sayı isə 3 minə yaxındır: "Onlardan 525 nəfəri həlak olub. Bizdə həlak olanların sayı Ermənistandakı ümumi saya yaxındır. Bu, onu göstərir ki, minalanmış ərazilər Azərbaycan torpaqlarıdır. Piyadalar əleyhinə minalar ucuz silah sayılır. Ermənistanın isə bu problemi yoxdur, çünki onlarda bu minalar istehsal olunur".

O qeyd edib ki, son döyüşlərdə mina qurbanları hələlik qeydə alınmayıb.  

Rubrikanın digər xəbərləri

Xəbər lenti