Xəzər Xəbər

19 yaşlı futbolçu yol qəzasında öldü foto

Hadisə | 10:24 • 25 Mart 2021
19 yaşlı futbolçu yol qəzasında öldü

İtaliyanın “Latsio” klubunun futbolçusu Daniel Gerini yol qəzasında həlak olub.

Hadisə ötən gün paytaxt Romada baş verib.

İki dostu ilə birlikdə avtomobillə hərəkət edən futbolçunun maşını “Mersedes”lə toqquşub. 4 gün öncə 19 yaşını qeyd edən Gerini vəfat edib, dostları isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Torino”, “Fiorentina” və “Spal”da da oynamış Daniel İtaliyanın aşağı yaş qrupu üzrə millilərində də forma geyinib.

Xəbər lenti