Xəzər Xəbər

Azərbaycanda yeniyetmələr arasında QANLI DAVA ÖLƏN VAR

Hadisə | 13:59 • 18 Mart 2020
Azərbaycanda yeniyetmələr arasında QANLI DAVA

Xızı rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində törədilmiş qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, cari ilin mart ayının 15-də Şorabad qəsəbə sakini, 2003-cu il təvəllüdlü A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub.

Yeniyetmə əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Xızı rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
308 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024