Xəzər Xəbər

Bakıda meyiti tapılan tələbə qızın ölüm səbəbi AÇIQLANDI - FOTO

Hadisə | 14:44 • 18 Mart 2020
Bakıda meyiti tapılan

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən Xasmətova Şəkər Faiq qızının ekspertiza rəyinin nəticələri açıqlanıb.

Bu barədə Ş.Xasmətovanın atası Faiq Xasmətov məlumat verib.

O bildirib ki, Türkiyə Respublikasında keçirilən ekspetizanın rəyinə əsasən, qızı dəm qazından vəfat edib:

"Hazırda istintaq davam edir. Biz vəkilimiz Türkel Süleymanlı ilə məsləhətləşəndən sonra müvafiq qurumları məhkəməyə verəcəyik. Yaxın günlərdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyik”.

Xatırladaq ki, ötən il noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. Zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı evə buraxılıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.(Report)

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
326 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024