Xəzər Xəbər

Narkotik satan şəxs saxlanılıb

Hadisə | 15:16 • 16 Dekabr 2019
Narkotik satan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini N.Quliyev saxlanılıb.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və 9 qrama yaxın metamfetamin götürülüb.


Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Davam etdirilən tədbirlərlə onun qohumu X.Quliyevin Kotec qəsəbəsindəki evindən 245 qramdan çox heroin, 241 qrama yaxın metamfetamin və 2 elektron tərəzi aşkarlanaraq götürülüb.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
219 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti