Xəzər Xəbər

Xətai rayonunda azyaşlını vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Hadisə | 18:09 • 16 Dekabr 2019
Xətai rayonunda azyaşlını vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Dekabrın 13-də Bakı şəhər sakini 5 yaşlı Ləmanın Xətai rayonunun Məhəmməd Hadi küçəsində naməlum avtomobillə vurulması və uşağın ayaq nahiyəsindən xəsarət alması barədə 34-cü polis şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisənin "Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib.


Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Abidi Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Hadisə ilə bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti