Xəzər Xəbər

Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Hadisə | 16:31 • 11 Oktyabr 2019
Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Oktyabrın 10-da saat 9 radələrində Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirib, "Kia” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurub.


Adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Aygün və Elxan isə xəstəxanaya yerləşdiriliblər.


Faktla əlaqədar cinayət işi başlanıb, Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti