Xəzər Xəbər

Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

Hadisə | 21:42 • 11 Oktyabr 2019
Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxarmasını bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti