Xəzər Xəbər

Beyləqanda dəhşətli hadisə Ölən və yaralananlar var

Hadisə | 14:18 • 8 May 2019
Beyləqanda dəhşətli hadisə

Mayın 7-də saat 1 radələrində Beyləqan rayonunun Gödəklər kəndi ərazisində ağır yol qəzası baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi "Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi "T-28” markalı traktora vurub, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi "KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti